Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı "yaşıl kanal" vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və "qırmız kanal"a yönləndirilib.
Unikal.org bu barədə Komitəyə istinadən xəbər verir.
Məlumata görə, vətəndaşa məxsus çantalara rentgen qurğusu vasitəsilə baxış zamanı monitorda mobil telefonlara məxsus təsvirlər əks olunduğu müəyyənləşdirilib.
Çantalara baxış zamanı qutusuz və aksessuarsız vəziyyətdə 3 ədəd "Samsung S21", 21 ədəd "İphone 12 Pro", 3 ədəd "İphone 12 Pro Max", 3 ədəd "İphone 13", 17 ədəd "İphone 13 Pro" markalı mobil telefonlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.