"Rusiya son illərin münaqişələrində özünü təhlükəli silah kimi göstərən pilotsuz təyyarələrin hücumlarını effektiv şəkildə dəf etməyi öyrənib".

Unikal.org xarici KİV- istinadən xəbər verir ki,  bu  sözləri Rusiya Prezidenti Vladimir Putin Soçidə ölkənin Silahlı Qüvvələrinin və müdafiə sənayesinin nümayəndələri ilə görüşündə deyib.

"Pilotsuz aviasiya son illərdə silahlı münaqişələrdə özünü necə sübut etdiyini, Suriyada gördüklərimizi nəzərə alsaq, bunun bizim üçün nə qədər təsirli və nə qədər təhlükəli ola biləcəyini çox yaxşı bilirik. Terrorçuların pilotsuz uçuş aparatlarından istifadə etməklə hücumlarını nəzərdə tuturam. Biz bu hücumları dəf etməyi öyrənmişik və bunu kifayət qədər effektiv edirik”, - Putin söyləyib.