ABŞ ordusu Quam adasında Tayvandan olan hərbçilərə təlimlər keçib.
Unikal.org xəbər verir ki, bu barədə Tayvan mənbələri məlumat yayıb.
Bildirilib ki, 40 tayvanlı hərbçi ABŞ bazasında xüsusi təlimlərdə iştirak edib. Tayvanın Müdafiə Nazirliyinin məlumatına görə, bu təlimlərə əlavə şərh vermək lazım deyil. ABŞ və Tayvan arasında uzun müddətdir işbirliyi var və bu təlimlər də əməkdaşlığın nəticəsidir. Qeyd edək ki, Çin və Tayvan arasında münasibətlər yenidən gərginləşib.
ABŞ donanmasının Tayvanda yerli orduya təlimlər keçdiyinə dair məlumatlar mövcuddur.