Yaponiyada yarış atına verilən ad günün mövzusu olub. Atın adını demək üçün “mo” hecasını səkkiz dəfə təkrarlamaq lazımdır.
Unikal.org xəbər verir ki, yarış atı Sumomomomomomomomo adı diktorlara çətin anlar yaşadıb. Belə ki, yarışda atların adını çəkən diktor Sumomomomomomomomo adını deməkdə çətinlik çəkib.
Nəhayət oyun yekunlaşıb. Sumomomomomomomomo 12-ci yarışında ilk titulunu qazanıb.
Bildirək ki, atın adı əslində qafiyədir və yapon dilində "gavalı və şaftalı şaftalıdır" mənasını verir. Adı ilə məşhurlaşan at sosial mediada da fenomenə çevrilib.