İrkutskda “An-12” yük təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfərin meyitlərinin qalıqları tapılıb. 

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə təcili xidmətdən bildirilib. 

Təyyarənin göyərtəsindəki daha 3 nəfərin taleyi hələlik naməlumdur.

*** 16:45

Rusiyanın İrkutsk vilayəti yaxınlığında göyərtəsində 8 nəfər olan “An-12” təyyarəsi radarlardan itib.

Unikal.org xəbər verir ki, bu barədə yerli təcili xidmətdən “RİA Novosti”yə bildirilib.

Qeyd olunub ki, təyyarə İrkutsk şəhərindən 7 kilometr aralıda yerləşən Povovarixa yaşayış məntəqəsində enişə hazırlaşarkən radarlardan itib.

Hadisə yerinə xilasedicilər göndərilib.