Çin Xalq Respublikasının Dövlət Səhiyyə Komitəsinin məlumatına görə, ölkədə 109 yeni COVID-19 infeksiyasına yoluxma halı aşkarlanıb. Onlardan 93 nəfərinə delta ştammı diaqnozu qoyulub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, virusa yoluxma halı Şimal Heilongjiang vilayətində qeydə alınıb.
Bildirək ki, Çində pandemiya başlayandan bəri ümumilikdə 97 423 nəfər koronavirusa yoluxub, 4 636 nəfər isə ölüb.