"Hərbçilər hesab edirlər ki, "Lələ təpə" və "Horadiz" əməliyyatında məğlubiyyətin müəllifinin müharibədən danışmağa haqqı yoxdur, çünki Ermənistan silahlı qüvvələrinin elit alayları Paşinyanın və "Artsax" (Qarabağda terrorçu qruplaşmanın özünə verdiyi ad) Təhlükəsizlik Şurasının keçmiş katibi Samvel Babayana görə misli görünməmiş itkilər verib".
Unikal.org xəbər verir ki, bu sözləri Ermənistanın "Fakt" nəşri dərc edib. Bildirilib ki, Samvel Babayanın media orqanlarından birinə müsahibə verərkən orada 44 günlük müharibə və onun nəticələrinə toxunması cəmiyyət və hərbçilər arasında böyük aqressiya yaradıb.
Nəşrin məlumatına görə, Babayan Paşinyanın media resurslarından istifadə edərək, uğursuzluqlarını sığortalamaq, Paşinyanı xilas etmək, Qarabağda döyüşə gedən erməni ordusunun əleyhinə kampaniyaya başlayıb.
Ağarza ELçinOğlu