"Covid-19-a yoluxan xəstələrin sayı çoxdur, ölkə xəstəxanalarında yer yoxdur, Ermənistanın səhiyyə sistemi çox yüklənib".
Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin noyabrın 4-də keçirilən iclasında bildirib.
“Koronavirusdan hər gün çoxlu sayda insan ölür. Biz hər gün çoxsaylı faciələr qeydə alırıq. Bütün bunlardan xilas olmağın yeganə yolu vaksinasiyadır”, - deyə Nikol vurğulayıb.