Ağcabədi rayonunun Kəhrizli kəndində qətl hadisəsi qeydə alınıb.

Unikal.org xəbər verir ki. Nuriyev Məharət Məhəmməd oğlu həmkəndlisi, 1985-ci il təvəllüdlü Həsənov Rahib Zakir oğlunu odlu silahla öldürüb.
Hadisə şahidlərinin sözlərinə görə, M.Nuriyev həmkəndlisini öldürdükdən sonra rayon polis şöbəsinə təslim olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanıb.(apa.az)