Daxili İşlər Nazirliyi (DİN) Ağcabədi rayonunda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-dən Unikal.org-a daxil olan məlumatda deyilir:
"Ağcabədi Rayon Polis Şöbəsinə noyabrın 4-də saat 15 radələrində Kəhrizli kənd qəbristanlığında kənd sakini M.Nuriyevin münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Rahid Həsənovu öldürməsi barədə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində M.Nuriyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Ondan cinayəti törədərkən istifadə etdiyi qanunsuz saxladığı ov tüfəngi götürülüb".