Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova yeni eşq iddiaları ilə gündəmə gəlib.
Unikal.org xəbər verir ki, müğənninin zəngin iş adamı Gökhan Gözlə sevgili olması iddia edilib. Belə ki, Vadistanbulda obyektivlərə tuş gələn ifaçı onla bağlı sualları cavablandırıb.
Günel bildirib ki, Gökhan onun adından istifadə edərək gündəmə gəlmək istəyir:
"Gökhan bəy xəyal görür. Gündəmə gəlmək üçün adımdan istifadə etdi. Belə bir şey yoxdur. Bu günə qədər həm səsim, həm də davranışımla varam. Bu gündən sonra da belə çirkin halların içində olmaq istəmirəm".