İranda ötən sutka 6 803 nəfər koronavirusa yoluxub, 120 nəfər ölüb.

Unikal.org  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

İranda virusdan ölənlərin sayı 127 173 nəfər, yoluxanların sayı isə 5 980 260 nəfər təşkil edir. Virus daşıyıcılarından 3 713 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 5 588 545 nəfər koronavirusdan sağalıb, 36,1 milyondan çox diaqnoz testi həyata keçirilib.