Braziliyalı məşhur müğənni Marilia Mendonçanın səyahət etdiyi təyyarə qəzaya uğrayıb.

Unikal.org xarici  KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı müğənni qəzada vəfat edib.

“Grammy” mükafatına namizəd olan Mendonçanın olduğu təyyarə Minas Gerais əyalətinə bağlı Piedade de Karatinqa ərazisində yerə çırpılıb. İfaçı ilə yanaşı hava gəmisində yer alan rejissor Henrique Ribeiro, Mendonçanın əmisi və prodüseri Abicieli Silveira Dias Filho, pilot və köməkçisi də ölüb.

Qeyd edək ki, Mendonça Braziliyanın məşhur ifaçılarındandır. Onun 2 yaşında bir oğlu var.