Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin nəsə yediyini və şirə içdiyini əks etdirən görüntülər yayılıb.
Unikal.org xəbər verir ki, görüntüləri Gürcüstan Penitensiar Xidməti yayıb.
Görüntülərin yayılmasında məqsəd Saakaşvilinin sıyıq yediyi və şirə içdiyini sübut etmək, onun heç də ağır vəziyyətdə olmadığını göstərməkdir.
Qeyd edək ki, M.Saakaşvili quru aclıq etmədiyini, bal və şirə qəbul etdiyini bildirmişdi. Görüntülərdə onun məhz bal qəbul etdiyi təəssüratı da yaranır.