Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Qriqor Saakoviç Vardanyan xidmət zamanı ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, kiçik çavuş Qriqor Saakoviç Vardanyan noyabrın 7-də saat 04:20-də ölkənin şimal-şərqində yerləşən hərbi hissələrdən birinin döyüş postunda silahdan istifadə qaydalarının pozulması nəticəsində açılan atəş nəticəsində ölüb.

2001-ci il təvəllüdlü hərbçinin ölümü ilə bağlı araşdırma aparılır.