Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə Uzuntəpə kəndində qeydə alınıb. Naməlum avtomobil velosipedçi Səid Məsdalıyevi vuraraq hadisə yerindən uzaqlaşıb. Yaralı müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.