Dünyaca məşhur sənət  əsəri  “Mona Liza”nın tablosunun nüsxəsi satılıb.

Unikal.org xəbər verir ki, əsər 210 min avro (təxminən 412 min 663 manat) qarşılığında yeni sahibinə təqdim olunub. Satış “Artcurial” satış evi tərəfindən keçirilib.

Qeyd edək ki, italiyalı rəssam Leonardo da Vinçiyə məxsus məşhur rəsm əsəri  -  “Mona Liza” hazırda “Luvr” muzeyinə saxlanılır.