"TRT1"də yayımlanan "Masumlar apartmanı" serialında növbəti ayrılıq yaşanıb.

Unikal.org xəbər verir ki, ekran işində Rüya obrazını canlandıran Melisa Şenolsun layihədən ayrılıb. Buna səbəb aktrisanın gəlişindən sonra aşağı düşən reytinqin qalxmaması olub.

Qeyd edək ki, ekran işində baş rolları Ezgi Mola, Merve Dizdar, Birkan Sokullu canlandırır. Bundan əvvəl aktrisa Farah Zeynep Abdullah serialdan ayrılıb.