Xalq artisti Könül Xasıyeva "1 dəqiqə" proqramına qonaq olub.
Unikal.org xəbər verir ki, sənətçi proqramda həyatı ilə bağlı hər kəsin təəccübünə səbəb olan açıqlama verib. Xanəndə oğlu Kazımla birlikdə intihar etmək istədiyini etiraf edib:
"Kazımla dənizə getdik, onu qoyub getməyəcəkdim. Çox şey var idi... Onda oğlumun 6-7 yaşı var idi. Dəmirin o tərəfinə keçdim, dənizə atılmaq istəyirdim. Şüurlu surətdə bunu etdim. Balamı qoyub gedə bilməzdim. Onunla birlikdə özümü öldürəcəkdim. Gördüm ki, mən ola-ola bu belədirsə, məndən sonra nə olacaq?! 14 ildir yatmıram, səhərə kimi Kazımın yanında oyaq otururam. Çünki gecə neçə dəfə qalxır, oturur. Dərmanlar içsə belə narahatdır".