Aktyor Çağlar Ertuğrul yutub kanalında yayımlanan İbrahim Selim ilə “Bu gecə” proqramının qonağı olub.

Unikal.org  xəbər verir ki, aktyor Hollivud ulduzu olmaqla bağlı açıqlaması diqqət çəkib.  

Aparıcı müsahibə əsnasında Çağlardan haqqında mənasız xəbər çıxıb-çıxmadığını soruşub. O, "Dağ" filmi yayımlanarkən qəzetlərin birində "Türk filmində saxta Hollivud ulduzu" başlığının yer aldığını bildirib. "Hansı ki, filmdə Ceyk Cillenxolun adı yazılır, amma mən oynamışam kimi başlıq çıxarıblar" - deyə, o, əlavə edib.