Dünyaca amerikalı aktrisa, müğənni Peris Hilton ailə  həyatı qurub. 

Unikal.org xəbər verir ki, o, yaşlı biznesmen sevgilisi Karter Reum iki illik münasibətdən sonra nikah masasına oturublar. 

Cütlüyün toyu gəlinin mərhum babası, biznes maqnatı Berron Hiltonun Bel-Eyrdə yerləşən dəbdəbəli malikanəsində baş tutub. 

Perisin gəlinliyi “Oscar de la Renta”dan olub. Qonaqlar arasında Emma Roberts, Eşli Benson, Bibi Reksa, Cordan Barrett, Pola Abdul və s. məşhurlar yer alıb. 

Qeyd edək ki, cütlük bu ilin fevralında nişanlanıb.