Moda sənayesi hər zaman mükəmməl standartlara cavab verən modellərə diqqət yetirir. Amma bəzən bu standartlara uyğun olmayan insanlar moda dünyasında yenilik gətirir.
Unikal.org xəbər verir ki, fərq axtaran markaların arxasınca getdiyi bu modellərin görünüşü adilikdən çox uzaqdır. Qeyri-adi görünüşləri ilə milyonlar qazanan modelləri təqdim edirik:
1) Maria Oz - Ukraynalı model Maria Oz heç vaxt dünyanın ən böyük moda podiumlarına çıxa bilməsə də, İnstaqramda 132 mindən çox izləyici toplaya bilib. Böyük mavi gözləri ilə bənzərsiz görünüşü olan gənc model sosial media hesabından etdiyi paylaşımlarla adından söz etdirib.
2) Ralph Souffrant - Ralph Souffrant 2016-cı ildə Yeezy kampaniyası ilə tanınıb. Həmin gün modellik müqaviləsi imzalayan gənc model gözəlliyin həqiqətən rəngarəng olduğunun canlı sübutudur. Haitidə anadan olan Souffrant gözəl çilli üzü ilə diqqət çəkir.
3) Lindsey Wixson - Lindsey Wixson "Chanel", "Miu Miu"və "Versace Vanitas" kimi ən yaxşı brendlər üçün çıxış edən uğurlu modelidir.
4) Somali Knight - Somali Knight gözəllik sənayesinə ilk dəfə girəndə heç bir agentlik onunla işləmək istəmirdi. Qeyri-adi dərəcədə iri qulaqları olan, stereotipik gözəllik xüsusiyyətlərinə sığmayan model xəyallarının arxasınca qətiyyətlə davam edib. Somali Knight indi sosial şəbəkələrdəki paylaşımları ilə tanınır.
5) Bee Melvnin - Bee Melvnin, unikal fiziki xüsusiyyətlərinin fotoşəkillərini internetdə yerləşdirdikdən sonra İnstaqramın super ulduzuna çevrilən Qambiyalı qadındır. Mavi gözləri və dəri rəngi ilə diqqət çəkən Bee hazırda ən populyar modeldir.
6) Nastya Zhidkova - Nastya Jidkova albinos rus modelidir. O, ilk dəfə sevimli anime personajlarının İnstaqramında kosplayer kimi şöhrət qazanıb.
7) Melanie Gaydos - 30 yaşlı model alopesiya və ektodermal displaziya adlı nadir genetik xəstəliklə doğulub. Xəstəlik onun dişlərinin, məsamələrinin, dırnaqlarının, qığırdaqlarının və sümüklərinin böyüməsini və inkişafını bir müddət dayandırsa da, bu, onun model olmasına mane olmayıb.
8) Nyakim Gatwech - onun qeyri-adi fiziki xüsusiyyəti dünyanın diqqətini çəkib. İnstaqramda 1 milyona yaxın izləyicisi olan Nyakim Gatwech dünyanın ən tünd dəri rənginə sahib qadın kimi Ginnesin Rekordlar Kitabına düşüb.
9) Harnaam Kaur - Harnaam Kaur 12 yaşında PCOS (polikistik yumurtalıq sindromu) olduğunu kəşf edib. Hormonal xəstəlik bədəndə və üzdə tüklərin çıxmasına səbəb olur. Kaur fərqli olduğunu qəbul etməyi öyrənib və modellik dünyasına addım atıb.
10) Sofiya Hadjipanteli - Kiprdə anadan olan Instagram modeli Sofiya Hacıpanteli özünəməxsus tək qaşı sayəsində adından söz etdirməyi bacarıb. Moda sənayesinin də diqqətini çəkən Sofiya model kimi bir neçə vacib iş görüb. Frida Kahlodan ilhamlanan bu görünüş getdikcə populyarlaşır.