"İşdən çıxan kimi fürsət axtarıram ki, evə qaçım. Çünki həm yorğun, həm gərgin oluram. Bəylər oturur, ancaq telefona baxır. Gedib ailənlə otur. İstənilən vəziyyətdə məclisdə oturanda da bir-birinizlə danışmırsınız. Belə-belə insanlar bir-birindən soyuyur".
Unikal.org xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev "Zaurla Günaydın" proqramında deyib. O, ailə üzvlərinin bir-biri ilə vaxt keçirməsindən danışıb. Zaur bildirib ki, həyat yoldaşları hərdən ayrılmalıdır:
"Hərdən məsafə saxlamaq, uzaqlaşmaq lazımdır. Bir günlük, bir neçə saatlıq da olmalıdır. İnsan bir-biri üçün darıxmalıdır. Hər gün yanında olsa, ürəyini vurar. Arada bir uzaqlaşmaq lazımdır. Ər və arvad ayrılıqda öz çevrəsi ilə görüşməlidir".