Almaniyada sentyabrın 26-da keçirilən ümumi seçkilərdən sonra gözlənilən qərar açıqlanıb.
"Unikal" xəbər verir ki, "SPD", "FDP" və "Yaşıllar"ın koalisiya danışıqları başa çatıb və bu gün koalisiya protokolu elan edilib. Bununla da 15 ildən artıqdır ki, Baş nazir vəzifəsini icra edən Angela Merkelin səlahiyyət müddəti rəsmən başa çatıb.
Protokolu açıqlayan Olaf Şoltz dekabrın 5-də yeni kabineti elan edərək Baş nazir vəzifəsinə başlayacaq.
Ağarza Elçinoğlu