İngiltərə Nəqliyyat Nazirliyinin rəsmi saytında müəmmalı hadisə yaşanıb.
"Unikal" xəbər verir ki, nazirliyin internet saytında cədvəl və statistikanın yer aldığı alt kateqoriyaya klikləyənlər qrafik əvəzinə pornoqrafik fotoşəkillərlə qarşılaşıblar.
Məsələ qısa zamanda sosial mediada gündəmə çevrilib. Araşdırmalar zamanı məlum olub ki, sözügedən bölmə nazirliyin istifadə etmədiyi alt domen ünvanına aid imiş.
Saytdakı vəziyyət qısa zamanda aradan qaldırılıb.