"Taliban" müvəqqəti hökumətinin baş nazirinin müavini Mövləvi Əbdül Kebir Türkiyənin Kabildəki səfiri Cihad Erginay ilə görüşüb.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüş zamanı Əbdül Kebir Türkiyənin Əfqanıstana daha çox sərmayə qoymasını istədiklərini bildirib.
"“Əfqanıstan və Türkiyə dostluğu uzun illər əvvələ gedib çıxır. Əfqanıstanın xüsusilə Türkiyənin köməyinə ehtiyacı var.
Əbdül Kebir bundan əlavə bildirib ki, artıq qadınlar Əfqanıstanda bir çox sahələrdə işləməyə başlayıblar və gələn ildən qızların təhsilinə başlanılacaq.