İran prezidenti İbrahim Rəisi Türkmənistana səfər edib.
"Unikal" xəbər verir ki, İ.Rəisi İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə toplantısında iştirak etmək üçün Tehrandan Aşqabada yola düşüb.Səfər çərçivəsində İ.Rəisinin İƏT sammitində çıxışı və iştirakçı ölkə prezidentləri ilə görüşləri nəzərdə tutulub.
Görüş zamanı iki tərəfli əlaqələrin inkişaf etdirilməsi müzakirə olunacaq.