Danimarkada Cənubi Afrika Respublikasından gələn 2 nəfərdə koronavirusun "Omikron" adlanan yeni ştamı aşkarlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Danimarka Serum İnstitutu məlumat yayıb.
Artıq yoluxmuş şəxslər və onlarla təmasda olanlar karantinə alınıb.
Bundan əvvəl Cənubi Afrika Respublikasından Hollandiyaya gələn və karantinə alınan 13 nəfərdə koronavirusun "Omikron" variantı aşkar edilib.