Abşeron rayonunda yanğın olub.

"Unikal" xəbər verir ki , hadisə rayonun Xırdalan şəhərinin Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.

Belə ki, Şəhərcikdə olan çoxmərtəbəli yaşayış binasındakı mənzillərdən birində yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib.