Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin məhkəməsinin keçirildiyi ərazidə onun tərəfdaşlarının təşkil etdiyi etiraz aksiyasında 15 şəxs saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər nazirliyi məlumat yayıb. Belə ki, etirazçılarla polislər arasında qarşıdurma yaranıb. Nəticədə zorakılığa yol verən və polisin qanuni tələblərini yerinə yetirməyən 15 etirazçı proporsional güc tətbiq olunmaqla saxlanılıblar.
Onların arasında müxalifət lideri Gigi Uqulavanın olduğu da bildirilir. Aksiya zamanı yaranan fiziki qarşıdurma nəticəsində xəsarət alanlar olub. Bəzi aksiyaçılar polisə butulkalar atıb, polis isə aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
***13:49
Xəbər verdiyimiz kimi, Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvilinin məhkəməsi keçirilir.
"Unikal" xəbər verir ki, yüzlərlə gürcü məhkəmə binasını qarşısında etiraz aksiyası keçirərək Saakaşvilinin azadlığını tələb ediblər. Əraziyə çox sayda polis cəlb olunub.Polislərlə vətəndaşlar arasında qarşıdurma yaranıb.