Almaniyanın Hessen federal əyalətində koronavirusun yeni “omikron” ştamına 4 yoluxma halı müəyyən edilib.
"Unikal" xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Yoluxanların hamısı hazırda karantinə salınıb.
Onların hansı ölkədən gəldiyi araşdırılır.
Bundan əvvəl Şimali Reyn-Vestfaliya federal əyalətində Cənubi Afrikadan gələn iki nəfərdə yoluxma aşkarlanıb.
Ümumilikdə, Almaniyada təhlükəli hesab edilən ştama yoluxanların sayı 6 nəfər təşkil edir.