Avstraliya və Böyük Britaniya suveren və müstəqil Fələstin dövlətini rəsmən tanıyıb.

"Unikal" bu barədə iki ölkənin baş nazirləri Entoni Albaneze və Kir Starmer sosial şəbəkədə məlumat verib.

Fələstin Dövləti 1988-ci il noyabrın 15-də Əlcəzairdə keçirilən Fələstin Milli Şurasının fövqəladə sessiyasında elan edilib. 2024-cü ildən etibarən onun müstəqilliyi BMT-yə üzv olan 193 ölkədən 147-si tanıyıb.

*** 17:10

Kanada hökuməti Fələstinin dövlətçiliyini tanıyıb.

"Unikal" bu barədə baş nazir Mark Karninin bəyanatında deyilir.

"1947-ci ildən bəri hər bir Kanada hökumətinin siyasəti Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün iki dövlətli həll yolunu dəstəkləmək olub. Bura suveren, demokratik və yaşaya bilən Fələstin Dövlətinin yaradılması daxildir", - deyə bəyanatda qeyd olunub. 

Kanadanın baş naziri qeyd edib ki, İsrail hökuməti metodik olaraq Fələstin dövlətinin yaradılmasının qarşısını almaq üçün çalışır. İsrailin İordan çayının qərb sahilində yaşayış məskənlərinin genişləndirilməsi siyasəti beynəlxalq hüquqa ziddir.