İran ABŞ ilə İslamabadda imzalanan anlaşma memorandumu üzrə öhdəliklərini dayandırıb.

"Unikal" xarici mediaya istinadla xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.

O, ABŞ-nin iyulun 15-də hərbi hücumlar və dəniz blokadasını yenidən tətbiq etmək cəhdləri ilə İslamabad sazişini tamamilə pozduğunu bildirib.

“İran bu şəraitdə saziş üzrə heç bir öhdəlik hiss etmir”, - deyə nazir müavini qeyd edib.