Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, müharibədən əvvəl bütün mümkün ssenarilər, o cümlədən ölkənin ali liderinin öldürülməsi ehtimalı nəzərdən keçirilmişdi.
"Unikal" xəbər verir ki, onun sözlərinə görə, bu ehtimal üçün də əvvəlcədən fəaliyyət planı hazırlanmışdı və buna görə də belə bir vəziyyət baş versəydi, İran rəhbərliyi dərhal reaksiya verməyə hazır idi.
Əraqçi qeyd edib: “Bütün ssenarilər müharibədən əvvəl nəzərdən keçirildi; hətta liderin öldürüləcəyi təqdirdə nə edəcəyimiz barədə planımız var idi. Buna görə də heç təəccüblənmədik və hər şeyə hazır idik”.
Nazir əlavə edib ki, Ali Milli Təhlükəsizlik Şurasının iclaslarında ali liderin öldürülməsi ehtimalını birbaşa ifadə etmək çətin olduğundan bunun üçün “110 kodu” istifadə olunurdu və iclas iştirakçıları bu kodun mənasını bilirdilər.















































.jpg)





