Formula 1 üzrə dünya çempionatının Belçika Qran-Prisinin qalibi müəyyənləşib.
"Unikal" xəbər verir ki, “Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli Spa-Frankorşam trasında keçirilən yarışı birinci pillədə başa vuraraq mövsümdə növbəti qələbəsini qazanıb.
"Ferrari"nin monakolu pilotu Şarl Lekler ikinci, "Red Bull"un niderlandlı pilotu Maks Verstappen isə üçüncü yeri tutub.
Belçika mərhələsindən sonra ümumi sıralamaya 204 xalla Kimi Antonelli başçılıq edir. İkinci pillədə 159 xalla "Ferrari"nin britaniyalı pilotu Luis Hamilton qərarlaşıb. İlk üçlüyü isə 154 xalla "Mercedes"in digər britaniyalı sürücüsü Corc Rassel tamamlayır.
Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsi – Macarıstan Qran-Prisi iyulun 24-26-da keçiriləcək.







.jpg)


.jpg)













































