Dünya üzrə istifadəçilər OpenAI-ın ChatGPT süni intellekt çatbotu ilə bağlı problemlərdən şikayətlənirlər.
"Unikal" xəbər verir ki, bu barədə "Downdetector" portalı məlumat yayıb.
Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və Almaniya da daxil olmaqla 70.000-ə qədər istifadəçi çatbotla bağlı problemlər barədə məlumat verib. Onlar ChatGPT-nin çat tarixçəsini yükləməyi və sorğulara cavab verməyi dayandırdığını bildirirlər.
OpenAI xidmətin problemlərlə qarşılaşdığını təsdiqləyib, lakin hazırda onların həll olunduğunu qeyd edib.

























.jpg)



























