Futbol üzrə dünya çempionatının ən yaxşıları bəlli olub.

"Unikal" xəbər verir ki, mundialın ən yaxşı oyunçusu adına İspaniya millisinin yarımüdafiəçisi Rodri layiq görülüb.

İspanların heyətində Pau Kubarsi ən yaxşı gənc oyunçu, Unay Simon ən yaxşı qapıçı seçilib.

“Qızıl buts” mükafatı isə 10 qolla turnirin bombardiri olan Fransa millisinin hücumçusu Kilian Mbappeyə təqdim olunacaq.

Qeyd edək ki, İspaniya millisi finalda Argentina yığmasını 1:0 hesabı ilə məğlub edərək ikiqat dünya çempionu olub.