Argentina millisinin hücumçusu Lionel Messi və İspaniya yığmasının forvardı Lamin Yamal 2026-cı il futbol üzrə dünya çempionatının final matçında start heyətində meydana çıxaraq turnir tarixində yaş rekordu müəyyənləşdiriblər.
"Unikal" xəbər verir ki, 19 il əvvəl xeyriyyə fotosessiyası üçün Yamal qucağında şəkillər çəkdirən Messi ilk dəfə həmin foto ilə bağlı danışaraq Yamalı dünyanın ən yaxşı oyunçularından biri adlandırıb.
2007-ci ildə sadə bir təqvim fotosessiyası kimi başlayan bu hadisə onları indi idmanın ən böyük səhnəsinə gətirib çıxarıb.
Messi və Yamal Dünya Kuboku finalı üçün yaş rekordu da qırıblar. Final tarixində ilk dəfə olaraq start heyətindəki oyunçular arasındakı fərq 20 ildən (20 il 19 gün) çoxdur.
Lionel Messinin hazırda 39, Lamin Yamal Nəsraui Ebananın isə 19 yaşı var.

























.jpg)



























