Hacıqabul Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən üç qurum birləşdirilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, Hacıqabul rayonunun icra başçısı Sevindik Hətəmovun əmri ilə Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsi, Kommunal Təsərrüfat İdarəsi və Mənzil İstismar Sahəsi birləşdirilərək onların bazasında "Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi" MMC yaradılıb.

Yeni yaradılan qurumun rəisi vəzifəsinə Aqil Aslanov təyin edilib.

Murad İbrahimli