“Ermənistan 3+3 formatında keçiriləcək ilkin görüşdə iştirak edəcək".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib.
O əlavə edib ki, Ermənistan tərəfinin mövqeyi dəyişməz olaraq qalır: "Gündəlikdə başqa formatlarda artıq müzakirə edilən məsələlər olmasa, İrəvan 3+3 formatında maraqlı ola bilər. Biz bu məsələni həmkarlarımızla, xüsusən də Rusiya ilə müzakirə etdik və onların da bu fikri bölüşdüyünə dair siqnallar var".
Paşinyanın sözlərinə görə, dekabrın 10-da işçi qrupun 3+3 və ya ola bilsin ki, 3+2 formatında ilkin görüşü baş tutacaq: "Ermənistan iclasda xarici işlər nazirinin müavini səviyyəsində iştirak edəcək, çünki bu, görüşün nəzərdə tutulduğu səviyyədədir”.
Xatırladaq ki, 3+3 formatı Azərbaycan və Türkiyə liderləri tərəfindən irəli sürülüb. Bu format Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan və Gürcüstan və Azərbaycanın iştirakını nəzərdə tutur.