İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerlə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov Tvitter hesabında yazıb.
O bildirib ki, görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın mövcud vəziyyəti nəzərdən keçirilib.
"Görüşdə amerikalı investorların Azərbaycanda fəaliyyətinin genişləndirilməsi potensialı və işğaldan azad edilən ərazilərin bərpasında iştirakı barədə müzakirələr aparılıb", - nazir əlavə edib.
ABŞ-ın (@USEmbassyBaku) ölkəmizdəki səfiri cənab Örl Litzenbergerlə görüşdə ikitərəfli #iqtisadi əməkdaşlığın mövcud vəziyyətini nəzərdən keçirdik. Amerikalı investorların 1/2
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 8, 2021
Azərbaycanda fəaliyyətinin genişləndirilməsi potensialı və #işğaldanazadedilmişərazilər-imizin bərpasında iştirakı barədə müzakirə apardıq. 2/2#EconomyAz pic.twitter.com/D8eDuimBRU
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 8, 2021