Dekabrın 11-də Bərdə rayon Dəymədağlı kəndi sakini Ceyhun Məmmədov aralarında yaranmış mübahisə zəminində həmkəndlisi Samir Həsənova tüfənglə xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı "Unikal"a açıqlamasında bildirib ki, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ceyhun Məmmədov saxlanılıb.
Hazırda faktla bağlı Bərdə RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.
Qeyd edək ki, güllələnən şəxs vəziyyəti ağırlaşdığı üçün Bakıdakı xəstəxanalardan birinə aparılıb.
***
13:28
Bərdə sakini ov tüfəngi ilə güllələnib.
"Unikal"ın məlumatına görə, Bərdə rayon Dəymədağlı kənd sakini 1986-cı il təvəllüdlü Həsənov Samir Hüseyn oğlu həmkəndlisi Ceyhun Məmmədov tərəfindən ov tüfəngi ilə Kənd qəbristanlığının yaxınlığında ayağından güllələnib.
Yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Həsən Adıgözəlov