Xəbər verdiyimiz kimi, dekabr 11-də Bərdə sakini həmkəndlisini ov tüfəngindən atəş açaraq yaralayıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinə (RPŞ)Dəymədağıldı kəndi ərazisində kənd sakini C.Məmmədovun xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi S.Həsənovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.
S.Həsənov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Polis əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində C.Məmmədov könüllü olaraq RPŞ-nə gəlib və hadisədə istifadə etdiyi “Crtsan” markalı ov tüfəngini təhvil verib.
Araşdırma aparılır.