İranda Rəşt şəhərindən Məşhədə uçan təyyarə təcili eniş etmək məcburiyyətində qalıb.
"Unikal" İran KİV-ə istinadən xəbər verir ki, təyyarə Qorqan şəhərinə enib.
Bildirilir ki, təcili enişə səbəb texniki nasazlıq olub.
Sərnişinlərdən xəsarət alan olmayıb. Onlar başqa təyyarə ilə Məşhədə yola salınıb.