Nazirlər Kabineti “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 30 dekabr 2016-cı il tarixli qərarında dəyişiklik edib.
“Unikal” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin siyahısından çıxarılıb, əvəzində siyahıya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik əlavə edilib.