ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin fevral müqaviləsinin dəyəri 0,76% artaraq 1 barel üçün 74,44 dollar təşkil edib.
"Unikal" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,97% artaraq 71,56 dollar təşkil edib.