"TRT1" telekanalında yayımlanan "Gönül dağı" serialına yeni aktyor daxil olub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Cem Kurtoğlu rol alacaq.

Aktyor "Arif" obrazına həyat verəcək.

Qeyd edək ki, serialın baş rollarını Bərk Atan, Gülsim Ali, Ecem Özkaya, Nazlı Pınar Kaya, Cihat Süvarioğlu və Semih Ertürk paylaşır.