Türkiyəli məşhur aktrisa Merve Boluğur  ötən gün sevgilisi, iş adamı Erkan Şenlə ilə görüntülənib.

"Unikal" xəbər verir ki, cütlük münasibətləri ilə bağlı suallara "Bir-birimizi tanıyırıq, gözəl dialoqumuz var. Hazırda çox xoşbəxtik" şəklində cavab verib.

Qeyd edək ki, Merve daha əvvəl müğənni Murat Dalkılıçla evli olub. Cütlük boşandıqdan sonra aktrisa dərin depresiyaya düşmüşdü.