Türkiyəli məşhur aktrisa Oya Başar xəstəxanalıq olub. 

"Unikal" xəbər verir ki, o, xəstəxanadan göz sarğısında olan fotosunu İnstaqram hesabında yayımlayıb. O, şərh bölümünə "sabah gözümü gözəlliklərə, yaxşılıqlara açmaq istəyirəm" yazıb.

Aktrisanın hansı səbəbdən gözünü əməliyyat etdirəcəyi isə məlum deyil.