Türkiyənin ən reytinqli seriallarından biri olan "Yargı" iki həftə yayımlanmayacaq.
"Unikal" xəbər verir ki, bu barədə ekran işinin istehsalçısı "Ay yapım" sosial media hesablarında məlumat yayıb. Bildirilib ki, buna səbəb çəkiliş heyətində yer alan bəzi şəxslərin koronavirusa yoluxması olub.
Bildirilir ki, serialın baş rol aktrisası Pınar Denizin COVID-19 test nəticəsi müsbət çıxıb. "Ceylin" obrazını canlandıran aktrisa bu səbəbindən ev şəraitində karantinə alınıb.